İngiltərədə hökumətin açıqladığı yeni büdcə planına əsasən kafi dərəcədə ingiliscə danışa bilməyən işsiz immiqrantların dövlətdən aldıqları maddi dəstək kəsiləcək. SİA-nın məlumatına görə, İngiltərənin maliyyə naziri Corc Osborne ötən gün keçirdiyi mətbuat konfransında belə deyib. O bildirib ki, bu addımı atmaqda məqsəd İngiltərəyə gələn immiqrantların işə cəlb olunması ilə bağlıdır: "Hər bir immiqrant ən azı 9 yaşlı ingilis kimi danışmalıdır. Əks təqdirdə, işsizlik dövründə İngiltərə hökuməti tərəfindən ona göstərilən maddi yardım dayandırılacaq".
Qeyd edək ki, İngiltərə hökuməti immiqrantların İngilis dilini öyrənməsi üçün pulsuz dil kurslarının təşkilinə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB