Rusiya Avropada hərbi baza yaradır

Rusiya Avropada hərbi baza yaradır

Rusiya Belarusiyanın hava müdafiəsini möhkəmləndirmək məqsədilə hərbi baza yaradacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın hərbi hava qüvvələrinin komandiri Viktor Bondarev Polşa və Litva arasında yerləşən Lida şəhərində qurulacaq hərbi bazanın cari ilin sonuna qədər fəaliyyətə başlayacağını bildirib. MDB daxilində hərbi əlaqələrin gücləndirilməsi məqsədilə belə bir addımın atıldığını diqqətə çatdıran komandirin sözlərinə görə, Rusiya bölgədə hərbi baza yaratmaqla öz vəzifəsini yerinə yetirir: "Məqsədimiz Belarusiyanın hərbi hava qüvvələrinin təkmilləşməsinə yardım etmək, onu daha da möhkəmləndirməkdir. Hərbi bazanın idarə olunaması öncə Rusiyanın ixtiyarında olacaq. Daha sonra idarəetmənin kimə təhvil veriləcəyinə qərar verəcəyik".

Viktor Bondarev hərbi bazaya yerləşdiriləcək əsgər sayını açıqlamasa da, bazada Su-27SMZ döyüş təyyarələrinin müasir modellərinin fəaliyyət göstərəcəyini deyib.

Qeyd edək ki, Rusiyanın hələ də Ukrayna, Ermənistan, Qırğızıstan və Tacikistanda hərbi bazaları var. Moskvanın MDB ölkələrindən başqa yeganə hərbi bazası daxili qarşıdurmaların davam etdiyi Suriyanın Tartus şəhərindədir. 2008-ci ildə isə Gürcüstanla Rusiya arasında yaşanan hadisələrlə bağlı olaraq Moskva Tiflisdəki hərbi bazasını bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə