Son bir həftədə İran milli valyutası ABŞ dolları ilə müqayisədə təxminən 12-15 faiz yüksəlib.
Bu proses ölkənin valyuta bazarındakı qeyri-sabitliyi daha da artırıb. İyunun əvvəlində ölkədə bir ABŞ dolları 36700 riala dəyişdirilib. Prezident seçkiləri ərəfəsində rialın məzənnəsində sıçrayışlı artım müşahidə olunub.
İyunun 24-də ölkədə bir dolar 30100 riala satılın. Bunla belə, ölkədə dollar və avro qıtlığı müşahidə olunub. İyunun 25-də axşam saatlarından başlayaraq qara bazarda bir ABŞ dolları 32000-a qədər yüksəlib. Ölkənin valyuta bazarında yaranmış qeyri-sabit vəziyyət qarşılıqlı ödəmələrin həyata keçirilməsində bir sıra problemlər yaradıb.
O cümlədən, bütün məhsulların qiymət artımında da özünün göstərməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB