Qırğızıstan ABŞ-la "Manas" üzrə imzalanmış sazişi ləğv edib

Qırğızıstan ABŞ-la "Manas" üzrə imzalanmış sazişi ləğv edib

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Manas" Tranzit daşımaları mərkəzi üzrə ABŞ ilə imzalanmış sazişin ləğv edilməsi barədə qanunu təsdiq edib. Bu barədə KirTAQ agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Qırğızıstanın Joqorku Keneşi (parlament) adıçəkilən qanunu iyunun 20-də qəbul edib.

Qanun 2014-cü il iyulun 11-dən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə