ABŞ-ın Müstəqillik Bəyannaməsi iki milyon dollaradır

ABŞ-ın Müstəqillik Bəyannaməsi iki milyon dollaradır

ABŞ-ın Müstəqillik Bəyannaməsinin ilk dəfə dərc olunduğu qəzet Nyu-Yorkda satışa çıxarılacaq.

1776-cı il iyulun 4-də Pensilvaniya ştatının Filadelfiya şəhərində İkinci Qitə Konqresi keçirilib. Konqresin yekunu kimi ABŞ-ın Müstəqillik Bəyannaməsi qəbul edilib.

Yeni dövlət belə yaranıb.

O zaman yeni ölkənin xalqına Böyük Britaniyadan asılılığın sona çatdığını iki gün sonra-iyulun 6-da elan etmişdilər. Bəyannamənin tam mətni "Pensilvania Evening Post" qəzetində dərc olunub.

Qəzetin böyük tirajla çapdan çıxmış həmin nömrəsi bütün ölkədə, eləcə də bir çox dövlətlərdə yayılıb.

Hazırda tarixi qəzetin yalnız bir neçə nüsxəsi qorunub saxlanıb.

Onlardan biri iyunun 25-də Nyu-Yorkda Robert Sigelin "Dünya hadisələrinin raritetləri" qalereyasının 50-ci İllik Sərgisi çərçivəsində satışa çıxarılacaq. Tarixi sənədlərin əldə olunması, həqiqiliyinin yoxlanması və qiymətləndirilməsi sahəsində ekspert Set Keller əmindir ki, qəzetin bu nömrəsi tarixi əhəmiyyəti baxımından hətta Bəyannamənin orijinal mətnindən daha maraqlıdır.

Ekspert deyib: "Pensilvania Evening Post" qəzetinin nömrəsi müstəqilliyin əldə olunması haqqında xəbəri ilk dəfə oxumuş sadə amerikalıların gündəlik məişət təcrübəsini əks etdirir.

Beləliklə, hərraca çıxardığımız sənəd Bəyannamənin Milli Arxivdəki əlyazmasından daha orijinaldır".

Hərracda nadir sənədin ilkin qiyməti iki milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə