Çexiyanın ÇTK teleqraf agentliyinin verdiyi məlumata görə, Karlovı Varıda yaşayan rusiyalı sahibkar Plzen şəhərində bütün xərclərini özü çəkməklə akvapark tikmək və bu obyektin işinə müstəqil rəhbərlik etmək təklifini irəli sürüb.
Plzen merinin müavini Petr Rund bildirib ki, bu, çox maraqlı təklifdir, lakin onu şəhərin hakimiyyət orqanları qiymətləndirməlidir. Plzendə akvapark inşa edilməsi Almaniyanın "Aquamare" şəbəkəsinin də maraqlandırır, lakin "Aquamare" bu layihənin şəhərin iştirakı ilə maliyyələşdirilməsini tələb edir. Məlumdur ki, rusiyalı sərmayədar akvaparkın tikilməsini Karlovı Varı meriyasına da təklif edib, lakin meriya başqa variant seçib.
Plzen meriyasını bir qədər çəkindirən yeganə məsələ budur ki, görəsən rusiyalı sərmayədar bu qədər vəsait qoymağı nəyə görə sərfəli hesab edir. Petr Rund deyib: "Biz bu barədə Avstriyada da, Almaniyada da soruşmuşuq, hər yerdə deyirlər ki, akvapark mənfəətli biznes deyildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB