"Pakistanın Feyri-Midouz bölgəsində turistlərə qarşı edilən terror aktı əvvəlcədən planlaşdırılıb". SİA-nın RİA NOVOSTİ agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə ukraynalı alpinist Mixail Kolotuşkin çıxış edib.
Ukraynalı alpinist vurğulayıb ki, əgər bu sadəcə oğurluq hadisəsi olsaydı, düşərgəyə gələn silahlılar 60 turistə məxsus çoxlu sayda peyk telefonlarını, pulu, fotoaparatları və digər əşyaları asanlıqla apara bilərdi.
Faktla bağlı Pakistan radiosunun verdiyi xəbərdə isə terror aktının baş verdiyi bölgənin ölkənin ən təhlükəsiz ərazisi olduğu qeyd olunub.
Qeyd edək ki, Pakistanın güc strukturları tərəfindən alpinistlərə hücumda şübhəli bilinən 37 nəfər həbs olunub.
Xatırladaq ki, iyunun 23-ü pakistanlı terrorçular tərəfindən Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə olan alpinistlərin baza düşərgəsinə silahlı hücum olub. Düşərgədə azərbaycanlı alpinistlər olsa da xoşbəxtlikdən onlara heç bir ziyan dəyməyib. Hücum nəticəsində 3 ukraynalı, 2 slovak, 2 çinli, litvalı, nepal və amerikalı alpinistlər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB