Əfqanıstanın paytaxtı Kabildə hökumət evi yaxınlığında partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış Əfqanıstanın dövlət başçısı Hamid Karzainin Talibanın Qatardakı bürosuna dair təşkil etdiyi mətbuat konfransı zamanı törədilib. Hadisə zamanı Hamid Karzainin yaralandığı və ya içəridə olub-olmadığı haqqında rəsmi açıqlama verilməyib. Təhlükəsizlik əməkdaşları tərəfindən media nümayəndələrinin hadisə yerinə yaxınlaşmasına qadağa qoyulduğu bildirilir. Partlayış zamanı ölən və ya yaralananlar barəsində dəqiq məlumat əldə edilməyib.
Qeyd edək ki, hadisə Karzainin ABŞ-ın Talibanla danışıqlar aparmasına narahatlıq ifadə etməsindən bir neçə gün sonra baş verib. Prezidentin sözlərinə görə, əfqan hökuməti ilə danışıqlar aparılmayana qədər Ali Sülh Şurası sülh danışıqlarına cəhd etməyəcək. Taliban isə hadisəyə görə məsuliyyəti tamamı ilə öz üzərinə götürür.
Sona Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB