Rusiya prezidenti Finlandiyaya səfər edəcək

Rusiya prezidenti Finlandiyaya səfər edəcək

Bu gün Rusiya prezidenti Vladimir Putin Finlandiyaya işgüzar səfər edəcək. SİA-nın RİA-NOVOSTİ agentliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Putin və Finlandiya prezidenti Sauli Niiniste arasında Suriyadakı vəziyyət, Arktikanın öyrənilməsi ilə bağlı birgə əməkdaşlıq məsələləri, iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunacaq. Prezidentlərin Sankt-Peterburq və Turku şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasının 60 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirakı və çıxışları da səfər proqramının gündəliyinə daxil edilib.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə