"Lazımi planlama işləri aparılmalıdır"

"Lazımi planlama işləri aparılmalıdır"

Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Suriya müxalifətinə silah vermədən öncə lazımi planlama işləri aparılmalıdır. Bu barədə SİA məlumat verib.

Fabius bildirib ki, müxalifətin silahlandırılması ilə əlaqədar Fransa hələ qərarını verməyib.

O, söyləyib ki, Fransa Suriya müxalifətinə siyasi dəstək verir, lakin bütün məsələlər tam aydınlaşmayanadək, silah verilməyəcək.

"Biz silahlarımızın özümüzə qarşı istifadə ediləcəyini görmək istəmirik. Buna görə, bizim Suriya müxalifətinin rəhbəri Səlim İdrislə görüşlərimiz davam edir" - deyə o əlavə edib.

Qeyd edək ki, Fransa Suriya müxalifətinə silah yardımı ilə bağlı avqust ayınadək qərar verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə