Türkiyədə xalqı qarışıdurmaya çağıran 262 saxta tvitter profili aşkar edilib

Türkiyədə xalqı qarışıdurmaya çağıran 262 saxta tvitter profili aşkar edilib

Türkiyə sosial mediyanı qadağan etməyə hazırlaşmır, Ədalət və İnkişaf Partiyası başçısının müavini Hüseyn Çelik çərşənbə günü bildirib.

Onun sözlərinə görə, hökumətin məqsədi Qərbi Avropa və Avropa Birliyi ölkələrində tətbiq edilən sosial mediya haqqında qanunvericiliyə düzəlişlərin daxil etməsidir.

Çelik həmçinin qeyd edib ki, Gezi parkındakı hadisələr haqqında təsdiq edilməmiş məlumat yayan 105 internet-sayt müəyyən edilib.

Hakim partiya başçısı müavininin bildirdiyinə görə, bu günə kimi xalqı qarışıdurmaya çağıran 262 saxta tvitter profili aşkar edilib.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisi etirazçılara qarşı həddindən artıq güc tətbiq etməkdə günahlandırır.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri bildirmişdi ki, etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə əlaqədar araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə