Əxlaqsız hərəkətlər edən siyasətçi həbs edilib

Əxlaqsız hərəkətlər edən siyasətçi həbs edilib

Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasının sədrinin müavini Naycl Evans əxlaqsız hərəkətlər etməkdə ittiham olunaraq həbs edilib.

Britaniya KİV-lərinin yaydığı xəbərə görə, ona qarşı 3 müxtəlif cinayət işi qaldırılıb. 55 yaşlı parlament nümayəndəsi cari ilin may ayında eyni iş üzrə həbs olunub, lakin zaminə buraxılmışdı. Bu dövrdə aparılan istintaq tədbirlərindən sonra N.Evansın yenidən həbsinə qərar verilib.

Ona qarşı edilən iddialarda göstərilir ki, N.Evans 2003-2013-cü illər ərzində London və Blackpool şəhərlərində 3 fərqli yeniyetməyə qarşı zorlama və cinsi xarakterli digər hərəkətlər edib. Zərərçəkənlərin gələcək taleyi baxımından məsələnin çox həssas olduğunu qeyd edən polis hər bir iş üzrə ayrıca dindirilmə və hərtərəfli təhqiqat aparılacağını vurğulayıb.

Mühafizəkarlar partiyasının üzvü N.Evans 1992-ci ildən Parlamentdə Ribble vadisini təmsil edirdi. Həmçinin Britaniya-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun üzvüdür. Cinayət işinin gedişində parlamentdə tutduğu vəzifədən azad olunub.

Buna baxmayaraq, M.Evans açıqlamasında ona qarşı qaldırılmış ittihamları rədd edib, iddiaların yalan olduğunu bildirib və bütün bunların özünün yaxşı tanıdığı 2 "keçmiş dostu" tərəfindən qurulmuş bir plan olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə