İrandakı seçkilərdən sonra nüvə probleminin həlli üçün yeni imkanlar formalaşacaq
Rusiyanın prezidenti Vladimir Putin hesab edir ki, İrandakı seçkilərin nəticələri nüvə probleminin həllinə təsir edə bilər.
V.Putin İranın yeni prezidenti seçilmiş Həsən Ruhaninin nüvə məsələsində çıxış yolunun tapılmasına töhfə verə biləcəyini söyləyib.
"Ümidvaram ki, İrandakı seçkilərdən sonra nüvə probleminin həlli üçün yeni imkanlar formalaşacaq" - deyə V.Putin əlavə edib.
Onun sözlərinə görə, bu məsələsə Moskva ikitərəfli və beynəlxalq münasibətlər çərçivəsində fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB