NATO Suriyada uçuşsuz zonanın tətbiqini hələ müzakirə etmir

NATO Suriyada uçuşsuz zonanın tətbiqini hələ müzakirə etmir

Suriyada uçuşsuz zonanın tətbiqi hələ ki NATO-nun gündəmində deyil. Bunu ABŞ-ın Alyansdakı daimi səfiri deyib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Ben Rods təsdiqləyib ki, Vaşınqton Suriyada uçuşsuz zonanın tətbiqini effektiv saymır.

"Lakin prinsip etibarilə bunu inkar da etmir" -deyə Rods əlavə edib.

Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç isə deyib ki, Rusiya Syriyada uçuşsuz zonanın tətbiqinə icazə verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə