Gezi Parkına görə, İran, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yunanıstan və Kanada vətəndaşları həbs olunub

Gezi Parkına görə, İran, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yunanıstan və Kanada vətəndaşları həbs olunub

İstanbulda, Ankarada və Əskişəhərdə bu günə qədər keçirilmiş aksiyalarda 27 nəfər xarici ölkə vətəndaşı gözaltına alınıb. "Anadolu" agentliyinin məlumatına görə, onlardan 22-i İstanbulda, 4-ü Ankarada və 1-i Əskişəhərdə həbs edilib.

Məlumatda deyilir ki, artıq onlardan 21-i sərbəst buraxılıb, 6-ı haqqında isə araşdırmalar davam etdirilir. İstanbulda həbs edilmiş 22 nəfərdən 19-u azadlığa buraxılarkən, alman əsilli birisi ölkədən çıxarılıb.

Qeyd edək ki, gözaltına alınmış şəxslərin İran, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yunanıstan və Kanada vətəndaşları olması da bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə