Ərdoğan Aİ-yə yerini göstərdi

Ərdoğan Aİ-yə yerini göstərdi

Ərdoğan Aİ-yə yerini göstərdi. Bu barədə SİA məlumat verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib ki, Gezi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır. Ərdoğan bildirib: "Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik".

Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: "Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın".

Ərdoğan artıq səbrinin daşdığını deyib: "Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gezi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq".

O bildirib ki, Avropa İttifaqının Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: "Həddini bil, Avropa İttifaqı! Biz Aİ-nin qərarını tanımırıq".

Baş nazir vurğulayıb ki, Türkiyə sosial şəbəkələr vasitəsilə üzərində əməliyyatlar aparılacaq ölkə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə