Misir Əsəd rejimiylə əlaqələrini kəsib

Misir Əsəd rejimiylə əlaqələrini kəsib

Misirin paytaxtı Qahirədə "Suriyada çevrilişə dəstək, zəfər çalana qədər birlikdəyik" mövzusunda konfrans keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, konfransda çıxış edən Misir prezidenti Məhəmməd Mursi Qahirədəki Suriya səfirliyinin bağlanması və səfirin geri çağırılması barədə göstəriş verib. Suriyada gənc, yaşlı, qadın, uşaq demədən öz xalqını öldürən Əsəd rejimilə bütün əlaqələrini kəsdiyini bildirən Mursi Suriya xalqının azadlığa qovuşana qədər ona həmişə dəstək olacaqlarını bildirib.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə