Macarıstan türkləri xarici ölkələrin hökumət və mediasının Taksim Gezi parkında baş verən hadisələrə münasibətlərinə etiraz olaraq nümayiş keçiriblər. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Budapeştin Qəhrəmanlar meydanına toplaşan bir qrup gənc Ərdoğan və Türkiyə hökumətinə dəstəklərini bildiriblər. Qrup adından çıxış edən mühəndis Osman Şahbaz Ərdoğan hökumətinin uğurlarından söhbət açaraq Gezi parkında baş verənlərin xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB