Avropa İttifaqı İranla əməkdaşlıq etməyə hazırdır

Avropa İttifaqı İranla əməkdaşlıq etməyə hazırdır

Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Ketrin Eşton İranın yeni seçilmiş prezidenti Həsən Ruhaniyə yeni hökumətin formalaşdırılmasında müvəffəqiyyətlər arzulayıb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Ketrin Eşton İranın yeni rəhbərliyi ilə nüvə probleminin qısa müddətdə diplomatik yolla həll olunması üçün əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, İranda iyunun 14–də prezident seçkiləri keçirilib və Həsən Ruhani yeni prezident seçilib.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə