ABŞ və Yaponiya konvertoplanların iştirakı ilə hərbi təlimlər keçiriblər
ABŞ-ın və Yaponiyanın silahlı qüvvələri MV22 Osprey konvertoplanlarının iştirakı ilə birgə hərbi təlimlər keçiriblər. Kaliforniyada təşkil edilmiş təlimlər zamanı Ospreylərin yapon vertolyot daşıyan gəmisi "Huga"ya enişi məşq edilib.
Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təlimlər ABŞ silahlı və Yaponiya özünümüdafiə qüvvələrinin humanitar əməliyyatlar zamanı qarşılıqlı əlaqəsini gücləndirmək məqsədi daşıyır. Lakin müşahidəçilərin qənaətinə görə, desant çıxarılmasının da daxil olduğu hazırkı təlimlər Çərqi-Çin dənizində yerləşən Senkaku adalarının müdafiəsi zamanı ABŞ-ın və Yaponiyanın birgə fəaliyyət göstərəcəyi barədə Çinə xəbərdarlıqdır.
Təlimlər zamanı Osprey konvertoplanlarına üstünlük verilməsi isə Tokionun bu uçuş aparatlarının Yaponiya ərazisində yerləşən ABŞ hərbi kontingentinin imkanlarını genişləndirməsi barədə bəyanatlarının təsdiqinə yönəlib.
Cari ilin sonunadək ABŞ Okinavadakı hərbi bazasında daha 24 Ospreyin yerləşdirilməsini planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB