Həsən Ruhani öndədir FOTO

İranda keçirilən XI dövr prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda 5 mln. 378 min 714 səs sayılıb. Onlardan 5 mln. 211 min 245 bülleten etibarlı hesab edilib. Bu nəticələrə görə, İran islahatçılar və mötədillər düşərgəsinin (eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin tərəfdarları) dəstəklədiyi Həsən Ruhani 2 mln. 720 min 144 səslə (52%) öndədir.

Məhəmmədbağır Qalibaf 903389 (17%), Səid Cəlili 670924 (13%), Möhsün Rzayi 536725 (10%), Əli Əkbər Vilayəti 305529 (6%) və Məhəmməd Qərəzi 65934 (1%) səs toplayıb. Son hesablamalara görə, İranın islahatçılar düşərgəsi 52%, mühafizəkarlar düşərgəsi 33% və müstəqillər düşərgəsi isə 14% səs toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə