Bu gün İranda növbəti prezident seçkiləri keçiriləcək

Bu gün İranda növbəti prezident seçkiləri keçiriləcək

Bu gün İran İslam Respublikasında on birinci prezident seçkiləri keçiriləcək.

Səsvermə prosesi saat 8-də başlayacaq və 19-da başa çatacaq.

Seçkidə altı namizəd – Cəid Cəlili, Həsən Ruhani, Məhəmməd Qərəzi, Məhəmməd Bağır Qalibaf, Əli Əkbər Vilayəti və Möhsen Rezayi mübarizə aparacaqlar.

Təbliğat kampaniyasının son mərhələsində Qulaməli Həddad Adel və Məhəmmədrza Aref namizədliklərini geri götürüblər.

Yerli ekspertlər hesab edirlər ki, seçkidə əsas mübarizə Cəid Cəlili, Məhəmməd Qərəzi, Məhəmməd Bağır Qalibaf və Əli Əkbər Vilayəti arasında gedəcəkdir. Seçkilərin ikinci tura qalması da istisna olunmur.

Seçkilərlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə