"Artıq Türkiyənin demokratik standartları Avropa ölkələri səviyyəsinə çatdı"
"Hüquq normalarımız yüksəldi, demokratik dəyərlərimiz artdı. Artıq Türkiyənin demokratik standartları Avropa ölkələri səviyyəsinə çatdı. Son günlərdə yaşadığımız olaylar Türkiyə demokratiyasının imtahan edilməsi anlamına gəlməlidir". SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdullah Gül deyib.
Gül deyib ki, Türkiyə hərtərəfli şəkildə inkişaf edir və dəyişir: "Bütün şəhərlərimiz dəyişir. İri yatırımlar edilir, inkişaf layihələri reallaşdırılır. Avropada böhrana görə insanlarən küçələrə axışdığı halda Türkiyə son 10 ildə iqtisadiyyatını 5 dəfə artırıb".
Türkiyə prezidenti deyib ki, hər kəs öz dövlətinin dəyərini bilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB