Britaniya paytaxtında antiqlobalistlərin və anarxistlərin etiraz aksiyası zamanı 32 adam saxlanıb. SİA Britaniya KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, nümayişçiləri əmlaka ziyan vurduqlarına və asayiş keşikçilərinə hücum etdiklərinə görə saxlayıblar. Saxlanılanların əksəriyyəti radikal əhval-ruhiyyəli anarxistlərdir. Onlar antiqlobalistlər və bir sıra sol təşkilatların nümayəndələri ilə birlikdə Londonun mərkəzində "kapitalizm əleyhinə karnaval" təşkil ediblər.
Bu aksiya "səkkizliyin" iyunun 17-18-də Şimali İrlandiyada keçiriləcək sammiti ilə əlaqədar təşkil olunub.
Əvvəlcə nümayiş Soxo şəhərinin mərkəzi hissəsində yerləşən "Qolden" meydanında nisbətən dinc şəraitdə keçib, sonra ayrı-ayrı nümayişçilər Londonun başlıca ticarət küçələri olan "Oksford-strit" və "Ricent-strit" küçələrində yolları kəsməyə cəhd göstəriblər.
Polis dərhal fəalları oradan sıxışdırıb çıxarmış və onları saxlayıb.
Son illər Səkkizlər qrupunun bütün görüşləri kapitalizmə və qloballaşmaya qarşı kütləvi nümayişlərlə müşayiət olunur.
Bu dəfə etiraz aksiyasını "Səkkizliyi" dayandıraq" ("StopG8") adlı təşkilat idarə edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB