Ağ Evin sözçüsü Cey Karney "Gəzi Parkı" hadisələrini yaxından və narahatlıqla izlədiklərini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Karney gündəlik keçirdiyi mətbuat brifinqində mövzu ilə bağlı verilən suala cavab olaraq bildirib ki, hadisələri yaxından və narahatlıqla izləməyə davam edirik: "Əvvəlcədən söylədiyimiz kimi, ABŞ bütün demokratiyalar üçün əsas olan sülhməramlı, dinc şəkildə keçirilən etiraz aksiyalarına, söz və toplanma azadlıqlarına tam dəstək verməkdədir. Etirazçıların böyük əksəriyyətinin öz haqlarını müdafiə edən, sülh tərəfdarı, qanunlara uyan sıravi vətəndaşlar olduğuna inanırıq".
Polisin şiddətə üstünlük verməsi, xeyli sayda yaralı insanın olması və maddi ziyana dair xəbərlərdən ciddi narahatlığını dilə gətirən sözçü Karney, hadisələrin araşdırılmasına yönəlik çağırışları məmnuniyyətlə qarşıladıqlarını deyib. Bundan başqa bütün tərəfləri şiddətdən uzaq durmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB