Talibana qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib

Talibana qarşı genişmiqyaslı əməliyyat  həyata keçirilib

Pakistan ordusunun Əfqanıstanla sərhəddə yerləşən Kurram bölgəsində taliban yaraqlılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyatda 35 taliban döyüşçüsü öldürülüb, 15-i isə yaralanıb.

Qeyd edək ki, əməliyyatda taliban yaraqlılarına məxsus çox sayda sığınacaq və mağara da ələ keçirilib.

Pakistan ordusunun yüksək rütbəli zabitinin verdiyi açıqlamaya görə, əməliyyatlar taliban yaraqlıları tam məhv edilənə qədər davam edəcək.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə