Prezident Ali liderə qarşı çıxmamalıdır

Prezident Ali liderə qarşı çıxmamalıdır

Prezidentliyə namizəd Qulam Əli Həddad Adil bazar günü bildirib ki, İranın növbəti prezidenti ölkənin Ali liderinə qarşı çıxmamalıdır. Bu barədə ISNA agentliyi məlumat verir.

"Liderə qarşı çıxma Konstitusiyanın pozulması deməkdir. Qanuna əsasən, Ali lider ölkənin siyasətini bəyan edir və hökumət onu həyata keçirməlidir",- Həddad Adil deyib.

Həddad Adil yenidən qeyd edib ki, prezident seçkilərində digər namizədlərin xeyrinə iştirakdan imtina etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə