Türkiyənin baş naziri tərəfdarlarını mitinqə dəvət edib

Türkiyənin baş naziri tərəfdarlarını mitinqə dəvət edib

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfdarlarını iyun ayının 15 və 16 tarixlərində Ankarada və İstanbulda keçiriləcək mitinqlərə dəvət edib.

"Anadolu" agentliyi xəbər verir ki, bir müddət əvvəl etiraz aksiyaları keçirənlər meydana 1 milyon insan çıxaracağını söyləmişdi.

İstanbulun bələdiyyə sədri Hüseyn Avnı isə Twitter-də mitinqçilərlə birgə olmaq istədiyini dilə gətirib.

"Siz şənbə günü Ankarada böyük mitinq keçirməyə hazırsınızmı?" - deyən Rəcəb Tayyip Ərdoğan, həmçinin, etirazçılardan mitinqləri dayandırmağı da xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə