Amerikanın "Gallup" sosioloji sorğu xidmətinin apardığı tədqiqatın nəticəsində məlum olub ki, Ermənistan əhalisinin 40 faizi ölkəni tərk etmək fikrindədir.
Yerevanda nəşr olunan "Делевой експресс" qəzetinin xəbərinə görə təkcə cari ilin birinci kvartalında Ermənistanı 35,5 min nəfər birdəfəlik tərk etmişdir. Bu balaca ölkədə işsizlər əhalinin 19 faizini, yoxsullar isə 34 faizini təşkil edir.
Bundan başqa Ermənistan cəmiyyətində yoxsullarla zənginlər arasında böyük uçurum yaranıb. Korrupsiya, rüşvət, biznesin gəlirli sahələrinin hakimiyyətə yaxın olan adamların əlində olması əhaliyə seçim imkanı saxlamayıb. Əmək haqqının cüzi olması işləyənlərin də güzəranının yaxşılaşmasına imkan vermir. Özəl sahədə çalışanlar isə açıq-aşkar şəkildə oliqarxlar tərəfindən istismar olunurlar.
Ermənistanda informasiya texnologiyaları, bank və tikinti sahələrində işləmək üçün peşəkar kadrlar çatışmır. Ölkəni tər etmək istəyənlər nəinki özlərinin eyni zamanda övladlarının da yaxşı gələcəyini görmürlər. Bütün bunlar Ermənistanı tərk etmək üçün əsas səbəblərdir. Prezident Serj Sarkisyan sosial-iqtisadi inkişaf haqqında tədbirlər görəcəyini dəfələrlə bəyan etsə də hələlik bu sahədə heç bir irəliləyiş yoxdur. Ekspertlər qeyd edirlər ki, yaxın gələcəkdə də Ermənistanda sosial-iqtisdi vəziyyətinin düzələcəyinə ümid yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB