İran ölkə üstündə uçan kosmik sistemlərinin və tədqiqat peyklərinin təhlükəsizliyinin artırılması üçün kosmik məkanın ilk yerli tədqiqat və monitorinq mərkəzini açıb. SİA-nın xəbərinə görə, bu barədə IRNA agentliyi məlumat yayıb.
Açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad iştirak edib.
Mərkəz peyklərin hərəkətlərinin idarə edilməsində köməklik göstərəcək, həmçinin başqa ölkələrlə toplanmış məlumatlarla bölüşəcək, İranın müdafiə naziri Əhməd Vahidi açılış mərasimində bildirib.
İran 5 il ərzində kosmosa şəxsi rabitə peykini buraxacaq, İranın kosmik agentliyinin başçısı Həmid Fazelinin bildirib, IRIB agentliyi məlumat verir.
İran öz telekanallarının yayımının bərpası məqsədi ilə şəxsi peykini istifadə etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB