Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və ABŞ Federal Təhqiqat Bürosundan (FTB) Əfqanıstandakı hərbi əməliyyatlarda ölkəsinin ünvanına internetdə hədələyici videoçarxın sifarişçisinin tapılması ilə bağlı müraciət edib. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Əfqanıstandakı Gürcüstan hərbçiləri "yeni səlibçilər" adlandırılmaqla yanaşı, bütün səlibçilərin "öldürüləcəyi" də əlavə edilib.
Videoçarx iyunun 6-da Hilmənd əyalətində gürcü hərbçilərin yerləşdiyi bazadakı partlayışdan 3 saat öncə "You Tube"-da yayılıb.
Məlumata əsasən, Əfqanıstanda NATO tərkibində 1500 Gürcüstan hərbçisi xidmət edir. İndiyə kimi bu ölkədə 30 gürcüstanlı hərbçi həlak olub. Rəsmi Tiflis 2004-cü ildə Əfqanıstana hərbçi göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB