Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa qanunsuz səfər etmiş müğənnisi Monserrat Kabalye ilə görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Sarkisyan görüşdə Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün çətinliklərlə üzləşdiyini bildirərək müğənnini bu addımına görə Ermənistanın ali mükafatı olan "Şərəf" medalı ilə təltif edib.
Dağlıq Qarabağa səfəri ilə Azərbaycanda böyük narazılığa səbəb olan Kabalye, Sarkisyana bundan sonra da Ermənistana səfərlərini davam etdirəcəyini deyib.
Məlumat üçün bildirək ki, Kabalye bu gün Yerəvanda konsert verəcək.
Qeyd edək ki, rəsmi Bakı Monserat Kabalyenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı İspaniyaya etiraz notası verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB