Misirdə 484 ev yandı

Misirdə havaların kəskin isti keçməsi səbəbindən baş verən yanğınlarda 484 ev yanıb, onlarla xırda buynuzlu heyvan tələf olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin təhlükəsizlik və meteorologiya rəsmilərinin verdiyi açıqlamada Misirin bəzi ərazilərinin çöl sahələrindəki evlərin taxta olması və küləyin artması ətrafa yayılan yanğında 484 evin yandığı bildirilir.

Yaxın şərqdə müşahidə olunan qum fırtınasını səbəbi ilə Misirdəki bəzi hava limanlarında isə bir sıra uçuşlar ləğv edilib.

Temperaturun daha da yüksəldiyi ölkədə yanğın hadisələrinin artması istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə