Liviyanın Benqazi şəhərində Müdafiə Nazirliyinin qulluqçularının iştirakı ilə hərbi briqadalarla dinc sakinlər arasında silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qarşıdurma ölkənin Müdafiə Nazirliyinin dəstəklədiyi silahlı dəstələrlə həmin dəstələrin qanuniləşdirilməsinin əleyhinə olan şəxslər arasında baş verib.
Hadisə nəticəsində xəsarət alanların sayı 140 nəfəri keçib.
Qeyd edək ki, bundan əvvəl 11 nəfərin öldüyü, 58 nəfərin xəsarət aldığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB