Bolivyada 35 yaşlı Leandra Arias Janco adlı qadına təcavüz edib öldürən 17 yaşlı Santos Ramos kəndlilər tərəfindən diri-diri basdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə şahidləri polisə ifadələrində qəzəbli kütlənin Ramosu Janconun cənazə mərasimi əsnasında gənc qadının məzarına basdırdığını bildiriblər. Hadisə ilə əlaqədar polis 200 nəfəri nəzarətə götürüb.
Qeyd edək ki, iyunun 4-də Bolivyanın Potosi şəhərində sahibini öldürdükdən sonra avtomobilini oğurlayan iki şəxs şəhər əhalisi tərəfindən öldürülüb. Onlardan biri daş-qalaq edilib, digəri isə diri-diri yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB