Enerji təhlükəsizliyi Avropanın gündəmindədir

Enerji təhlükəsizliyi Avropanın gündəmindədir

Enerji təhlükəsizliyi Avropanın gündəmindədir. SİA-nın məlumatına görə, Aİ Şurasında Litvanın sədrliyinin prioriteti enerji baxımından təhlükəsiz və rəqabət qabiliyyətli Avropa olacaq.

Litvanın energetika naziri Yaroslav Neveroviç deyib ki, Aİ Şurasında Litvanın sədrliyinin prioriteti enerji baxımından təhlükəsiz və rəqabət qabiliyyətli Avropadır.

Cümə günü nazir Nəqliyyat, telekommunikasiya və energetika şurasının Lüksemburqda energetika məsələlərinə həsr olunmuş iclasında iştirak edib.

Bu, iyulun 1-də Aİ Şurasında Litvanın sədrliyinin başlanması ərəfəsində energetika məsələlərinə həsr olunmuş son iclasdır.

İclasda nazir Aİ Şurasında Litvanın sədrliyinin prioritetlərini və energetika sahəsində iş proqramını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə