Beynəlxalq Valyuta Fondu antiböhran siyasətində Yunanıstana münasibətdə ciddi xətalara yol verdiyini etiraf edib.
"The Wall Street Journal"a təşkilatdaxili "tam məxfi" sənəddən sızdırılan informasiyalarda Fondun sərt qənaət tədbirlərinin təsirini yetərincə hesaba almadığı etiraf edilir. Bundan əlavə, təşkilatın Yunanıstana maliyyə yardımı verməsi məsələsində öz səlahiyyətlərini aşdığı da məlum olub. Belə ki, aparılmış dörd kriteriya üzrə testdən üçündə maliyyə yardımının ayrılmasına cavab verməyən nəticələr əldə edilib.
Sənəddə 2010-cu il xilas yardımının Yunanıstanın deyil, vaxt qazanmaq baxımından daha çox digər avrozona ölkələrinin xeyrinə işlədiyi qeyd edilir. Məxfi sənəddə xilas yardımı avrozonanın digər ölkələri üçün müdafiə səddi yaratmaq və qlobal iqtisadiyyatı ciddi təsirlərdən qorumağa yönəlmiş əməliyyat kimi səciyyələndirilir.
"The Wall Street Journal" bu informasiyaları dərc etdikdən sonra qurum məxfi sənədi açıqlamağa məcbur olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB