Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvlüyünə qəbul edilib

Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvlüyünə qəbul edilib

Azərbaycan Respublikası qərargahı Paris şəhərində yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) üzvlüyünə qəbul edilmiş və ölkəmiz OIV-in sayca 45-ci üzvü olub.

Bu barədə qərar OIV-in Baş Assambleyasının Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti iclasında qəbul olunub.

Tədbirdə ölkəmizi kənd təsərrüfatı naziri İsmət Abasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, Azərbaycanda birinci beynəlxalq şərab festivalı ötən il oktyabrın 6-da Gəncə şəhərində təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə