Parisdə antifaşizm hərəkatının 18 yaşlı üzvü neonasistlərin qurbanı olub.
"Euro news" kanalının məlumatına görə, insident şəhərin mərkəzindəki mağazalardan birinin qarşısında baş verib. Neonasistlər Klemen Merik adlı tələbəyə hücum ediblər.
Şahid ifadələri əsasında polis hadisə ilə bağlı 4 şübhəli şəxsi saxlayıb. Şahidlərin sözlərinə görə, skinhedlər gəncə bir neçə zərbə endiriblər. Nəticədə yerə yıxılan Klemen Merikin başı dəmir dirəyə dəyib.
Baş vermiş hadisə Fransa ictimaiyyətinin hiddətinə səbəb olub. Hadisə yerinə Fransanın daxili işlər naziri Manuel Vals gəlib. Gəncin təhsil aldığı universitetin tələbləri etiraz aksiyası keçiriblər.
Fransa siyasətçiləri hökuməti ultrasağçı qruplaşmaların fəaliyyətinə qadağa qoymağa çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB