Suriya Livanı vurub

Suriyanın cənubundan atılan 11 ədəd "GRAD" raketi Livanın Baalbek şəhərinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 2 saat davam edən hücum əsnasında atılan 11 raket şəhərin mərkəzi küçələrinə düşüb.

Hadisə nəticəsində ölənlərin olmadığını bildirən Livan rəhbərliyi atılan raketlərin şəhərə həddindən artıq çox maddi ziyan verdiyini qeyd edib. Hücumdan sonra şəhərdə təhlükəsizlik tədbirləri artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə