Suriyada insanlıq dramı yaşanır

Suriyada insanlıq dramı yaşanır

Suriya İnsan Haqqlarının Müdafiəsi Təşkilatı (SNHR) Əsəd ordusu ilə Hizbullah ordusunun Kusayr şəhərinə bir-birinə qarşı 17 gündür ki, təşkil etdikləri hücumlarda 110-nu silahlı müxalif olmaqla 270 insanın həyatını itirdiyini, 2 400 nəfərin isə yaralandığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qurumun məlumatına görə, yaralıların bir qismi də şəhər ətrafında xəstəxana olmaması səbəbindən ölüb.

Şəhərdən kənara çıxmaq istəyənlər üçün Hizbullahın nişancıları tərəfindən maneə yaradıldığını deyən SNHR Əsəd ordusunun yerli sakinlərə yardım edə bilmədiyini bildirib: "Kusayr əhalisi su və ərzaq təhlükəsilə üz-üzədir. Bundan başqa, hər iki ordu şəhərin yaxınlığındakı səhra xəstəxanalarını ara vermədən bombalayır".

Bütün xəbərlər Facebook səhifəmizdə