İnformasiya Universitetinin 2 səlahiyyətli şəxsi Taksimdə baş verən hadisələrlə bağlı 3 min hadisə iştirakçısı arasında internet vasitəsilə sorğu aparıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sorğu nəticəsində aksiyalarda iştirak edən şəxslərin yaş tərkibi, partiya mənsubiyyətləri və tələbləri məlum olub.
Belə ki, aksiyalarda iştirak edənlərin əksəriyyəti, Türkiyənin baş nazir Rəcəb Tayib Ərdoğanın qeyd etdiyi kimi, müəyyən bir siyasi partiyaya mənsub deyillər. Fəalların 39,6%-i 19-25 yaşlı, 24%-i 26-30 yaşlı insanlardır. Onların 53,7%-i daha öncə heç bir aksiyada iştirak etməyib. 14,7% aksiyaçı isə müəyyən bir siyasi partiyaya mənsub olduğunu bildiriblər.
Hadisələrdə iştirak edənlərin küçələrə çıxma səbəbi baş nazirin avtoritar rəftarı olub. 92,4% aksiyaçı Rəcəb Tayib Ərdoğanin bu rəftarından xeyli qəzəbləndiklərini deyib. Fəalların 7,6%-i isə polislərin aksiyaçılara qarşı sərt rəftarını səbəb göstərərək aksiyaya qoşulduqlarını bildiriblər. 7,7% insan üzvü olduğu siyasi partiyanın göstərişi ilə ixtişaşlarda iştirak etdiyini deyib.
Qeyd edək ki, artıq Ankara Mərkəzi Klinikası "Gəzi Parkı" hadisələrində yaralananların sayının 787-yə çatdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB