Çinin şimal-şərqində yerləşən Cilin əyalətində baş verən yanğında 119 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ev heyvanlarının saxlandığı fermanın yanması nəticəsində 54 nəfər ağır xəsarət alıb. Səhər saat 06:06 radələrində başlayan və 5 saat davam edən yanğında ölənlərinin sayının artacağı istisna edilməyib.
İlkin məlumatlara görə, 1 200 işçinin işlədiyi ferma elektrik qısaqapanması nəticəsində yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB