İran prezidentliyinə sabiq namizəd, ölkə prezidentinin qardaşı Davud Əhmədinejad bildirib ki, İran prezidentliyinə namizəd Səid Cəlili prezident Mahmud Əhmədinejadın yolu ilə gedir və hər bir seçici buna hazır olmalıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentin qardaşı əhalini prezidentliyə namizəd Əli Əkbər Vilayətini dəstəkləməyə çağırıb.
Davud Əhmədinejad İranın keşikçilər Şurası tərəfindən namizədlərin ərizələrinə baxılmasından əvvəl öz namizədliyini geri götürüb.
"Mən İİKK namizədlərinin xeyrinə öz namizədliyini geri götürdüm, lakin yayılmış şayiələrə görə, guya mən Səid Cəlilin xeyrinə öz namizədliyimi götürmüşəm ", - Davud Əhmədinejad bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB