ABŞ-ın Federal Məhkəməsi "Google " şirkətinə qarşı bu onlayn-servis şirkətinin istifadəçiləri barədə məlumatları qabaqcadan order almadan Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinə təqdim etmək tələbi irəli sürüb.
"Google" şirkəti "Google Mail", "Google Plus" və başqa xidmətlərin istifadəçiləri barədə informasiya və məlumatları "ABŞ-ın təhlükəsizlik maraqlarına uyğun olaraq" təqdim etmək barədə FTB-nin tələbinə ABŞ Konstitusiyasına zidd olan tələb kimi etiraz etməyə çalışıb.
Məhkəmə "Google"nin iddiasını təmin etməyib.
Şirkətin nümayəndələri bildiriblər ki, məhkəmə qərarından şikayət verməyə hazırlaşırlar.
KİV-lərin məlumatına görə, o da məlum olub ki, FTB istintaq ilə əməkdaşlıq etməkdən boyun qaçırdığına görə "Google"ni məhkəməyə verməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB