ABŞ Türkiyədəki hadisələrə reaksiya verdi

ABŞ Türkiyədəki hadisələrə reaksiya verdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyədə "Gezi Parkı"nda ticarət mərkəzinin tikilməsinə qarşı baş verən toqquşmalara münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, ABŞ Dövlət Departamenti polisin aksiya iştirakçılarına qarşı hərəkətini tənqid edib və onların azadlıqlarını qeyd edib. Departamentin sözçüsü Jen Psaki polisin aksiya iştirakçılarına müdaxiləsi nəticəsində yaralıların sayından narahat olduğunu dilə gətirib: "Bu azadlıqlar sağlam demokratiya üçün çox önəmlidir. Hadisə ilə bağlı məlumat toplayırıq. Vəziyyəti müntəzəm olaraq izləyirik".

J.Psaki İstanbulun turistik bölgəsindəki hadisələrin daha da şiddətlənməsi fonunda ABŞ vətəndaşları üçün Türkiyəyə səyahət xəbərdarlığı edə biləcəyini də vurğuylayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə