İstanbulun Taksim meydanında və ətraf ərazilərdə başlayan aksiyalar gecə saatlarında da davam edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis meydana çıxmaq istəyən aksiyaçılara göz yaşardıcı qazla müdaxilə edib. Müdaxilə nəticəsində aksiyaçılar meydanlardan dağılışsalar da, bir neçə saat sonra yenidən qruplar şəklində birləşərək meydanlara toplaşıblar. Məlumata görə, aksiya zamanı vətəndaşlarla polis arasında baş verən qarşıdurma nəticəsində 122 nəfər yaralanıb.
Taksim meydanındakı aksiyaya dəstək məqsədilə İzmir, Konya, Afyon, Aydın, Muğla, Əskişəhər şəhərlərində də aksiyalar keçirilib. Bu aksiyalarda da iştirakçılarla polis arasında toqquşmalar baş verib.
Qeyd edək ki, artıq 4 gündür ki, İstanbulun Gezi Parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB