Gezi parkında tikinti işlərinin dayandırıldı

Gezi parkında tikinti işlərinin dayandırıldı

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanındakı "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

Səs çoxluğu ilə qəbul edilən qərara əsasən, Gezi (Gəzinti) parkında hər hansı tikinti fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, İstanbulun Gezi parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə