Almaniyanın xarici işlər naziri Gido Vestervelle bəyan edib ki, Rusiyanın Suriya rejiminə silah tədarük etməsi Suriya üzrə sülh konfransının keçirilməsini təhlükə altında qoya bilər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Vestervelle ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransında bildirib: "Cenevrədə sülh konfransının keçirilməsini təhlükə altında qoymayın! Əsəd rejiminə silah tədarükü tamamilə səhv addımdır. Rusiyadan olan həmkarlarımız "S-300" raketləri və digər silahlar tədarük etməklə dünyaya və regiona yanlış siqnal verirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB