"NATO 2014-cü ildə Əfqanıstandan alyans qoşunlarının çıxarılması və hərbi əməliyyatların son mərhələsinə həsr olunmuş sammit keçirəcək". Bu barədə ABŞ Prezidenti Barak Obamanın bəyanatında deyilir. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Obama bu barədə cümə günü Vaşinqtonda NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşündən sonra bildirib. Öz növbəsində, alyansın rəhbəri qeyd edib ki, hərbçilərin ölkədən çıxarılması 2014-cü ildə başa çatacaq, 2015-ci ildə isə NATO Əfqanıstan qoşunlarının təlimi üzrə az sayda missiya hazırlayacaq.
2014-cü ildən sonra NATO Əfqanıstan ərazisində hərbi əməliyyatlar keçirməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB